Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 10:22:00
Azərbaycanda hər 100 nəfərdən 95-i istədiyi ixtisas üzrə təhsil almır

"Azərbaycan gənci dünyada yeganə gəncdir ki, hər 100 nəfərdən 95-i arzuladığı ixtisas üzrə təhsil ala bilmir. Arzulamadığı ixtisas üzrə təhsil aldığına görə dövlətə lazımi qədər faydalı ola bilmir."

 

Bunu təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib:

 

"Təhsil alanların yekun attestasiya qaydaları 12 dekabr 2016-cı il Nazirlər Kabinetinin 498 nömrəli qərarı ilə tərtib olunub. Bu proses də həmin qərara uyğun olaraq həyata keçirilir. İmtahan zamanı, tədris dili 30, xarici dil 30 və riyaziyyat fənindən 25 test tapşırığı təqdim olunur. Sualların tipinə gəlincə, buna artıq Dövlət İmtahan Mərkəzi (DİM) qərar verir. Qanunvericilikdə sualın sayı göstərilir. Qiymətləndirmə, yekun atestasiya şagirdlərin yekun bilik və bacarıqlarını qiymətləndirmək üçün təşkil edilir. Bəs DİM tərəfindən tərtib edilən suallar şagirdlərin bilik və bacarıqlarını ortaya çıxara bilirmi?

 

Həmin 498 nömrəli qərarda qeyd olunur ki, tədris ili başlayandan, yəni sentiyabrın 15-dən bir ay müddətində oktyabrın 15-nə qədər. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi şagirdləri valideynlərilə birgə növbəti tədris ilində düşəcək sualların forma və məzmunu ilə tanış etməlidir. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib edilən suallar şagirdlərin ümumi bilik, bacarıqlarına uyğun hesablanmır. Dəfələrlə bu fikri demişəm və yenə də bu fikrimdə qalıram, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti beynəlxalq standartlara uyğun olaraq hesablanmalıdır. Dövlət İmtahan Mərkəzi test hazırlayan yox, imtahan keçirən texniki qrum olmalıdır. Test hazırlamaq, vəsait çap etmək bu səlahiyətlər Dövlət İmtahan Mərkəzindən alınmalıdır.

Sual tipləri Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il 361 saylı qərarı ilə ümumtəhsilin dövlət standartları müəyyən olunub ki, onun 10-cu maddəsində hər bir səviyyə və müvafiq fənn üzrə təlim nəticələri göstərilib. Bu suallar həmin nəticələrə uyğun olmalıdır. Qanunvericilikdə göstərilir ki, dövlət standartları şagirdlərin yekun atestasiyasında əsas şərtdir.
Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi suallar hazırda bu qaydanı əks etdirmir. Hazırkı suallar şagirdlərin bilik və bacarıqlarının səviyəsinə uyğun deyil, daha çətindir. Bizim məqsədimizdə hazırda şagirdlərin real bilik və bacarıqlarını ölçməkdir."