Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 12:03:00
Ərköyün uşaqlara necə davranmaq lazımdır? - TÖVSİYƏ

Bəzi valideynlər övladlarının çox ərköyün olmasından şikayətlənirlər. Uşağın bütün istəklərini yerinə yetirsələr belə, sonsuz istəklər dənizi"nə daim bir şey əlavə olunur. Bu davranışlar isə valideynləri olduqca çətin vəziyyətə salır.

 

Bəs valideynlər uşaqlarının ərköyün böyüməməsi üçün nə etməli, onlarla necə davranmalıdırlar?

 

AzEdu.az uşaqlarda ərköyönlüyün aradan qaldırılma yollarını təqdim edir:

 

 

Onların istəklərini qəbul edin: Əgər uşaqlar istəklərini qəbul etdiyinizi bilsə, onun düşüncələrinin sizin üçün önəmli olduğunu anlayacaq. Və  qoyduğunuz limitləri qəbul edəcək. Məsələn, uşağınıza deyə bilərsiniz: "Mən bilirəm ki, o oyuncağı istəyirsən, amma çoxlu oyuncaqların olduğu üçün hələ ki yenisinə ehtiyac yoxdur". Bundan əlavə, “istədiyin çox bahadır”, “bu, büdcəmizə uyğun deyil” kimi səbəblər irəli sürə bilərsiniz.

 

 

Övladınızdan minnətdarlıq gözləyin: Uşaqlarınıza "təşəkkür edirəm" və "zəhmət olmasa" sözlərini mütləq şəkildə öyrətməlisiniz. Həmçinin, onlara ünsiyyət zamanı göz təması qurmağı, nə isə hədiyyə ediləndə, yaxud alınanda düzgün qarşılamağı, deyilənlərdən və ya verilən sözlərdən razı qalmağı öyrədin. Əgər etməsələr, aldıqları hədiyyəni geri qaytarmalarını xahiş edin. Və onlara bildirin ki, hələ belə hədiyyələr almağa hazır deyillər. 

 

 

Hər dəfə yıxılanda onlara kömək etməyin: Onlara daha erkən yaşlarında həyat haqqında danışın və həyatın ədalətli olmadığını öz təcrübələrinizlə bölüşün. Həmçinin, pis vəziyyətlər qarşısında övladlarınıza qarşı həddindən artıq himayədar olmayın. Hər şeydən əvvəl uğursuzluğun və ya yıxılmağın uşağın yaxşı inkişafının vacib hissələri olduğunu bilməlisiniz.

 

 

Böyük uşaqlarınızı məsuliyyətlərə cəlb edin: Bir az böyük uşağınız varsa, ona öyrədin ki, bəzi hallarda istəyinə özü nail ola bilər. Məsələn, yeni ayaqqabı almaq istəyirsə, qənaət edib pul yığaraq ayaqqabını ala biləcəyini təklif edə bilərsiniz. Bununla da öz istəyinə sizin köməyiniz olmadan çatmış olacaq.