Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 13:42:00
Fərqlənmə attestatı hansı meyarlarla verilir? - QANUNVERİCİLİK

Ümumi təhsil müəssisələrinin məzunlarına fərqlənmə attestatlarının verilməsi “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”na əsasən tənzimlənir.

 

Bəs hansı şərtləri ödəyən şagirdlər fərqlənmə attestatına sahib ola bilər?

 

AzEdu.az valideyn və şagirdlərin məlumatlanması üçün qanunvericiliyə əsasən, həmin şərtləri təqdim edir. Ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları aşağıdakı şərtləri ödəyən məzunlara verilir:

 

- Ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən;

- Bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan;

- Ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan;

-T am orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 qiymət alan və ən azı 75 bal toplayan.

 

Qeyd edək ki, məzunlara ümumi orta və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.