Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 10:13:15
AzTU-nun dekanı beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev Rusiyanın “Электрические станции adlı elmi-texniki jurnalının redaksiya heyətinə üzv seçilib.

 

 AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetindən məlumat verilib. 

 

Qeyd edək ki, ayda bir dəfə nəşr olunan jurnalda elektrik stansiyalarının istehsal problemləri, eyni zamanda elektrik və istilik enerjilərinin istehsalı, ötürülməsi və paylanması zamanı yaranan bütün problemlər əks olunur. 

 

Rusiya Energetika Nazirliyinin həmtəsisçisi olduğu jurnalda dərc edilən məqalələrdən seçmələr Scopus” bazasına daxil olunur.