Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 16:57:00
İmtahan ərəfəsi valideyn övladına necə davranmalıdır? - ARAŞDIRMA

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahnları yekunlaşıb və qarşıda hələ universitetlərə qəbul imtahanları var. Bu ərəfələrdə imtahana hazırlaşan abituriyentlər həm stressli olur, həm də kənar təzyiqlərə tuş gəlirlər.

 

Yeniyetmələr arasında intihar hallarının artım tendensiyasına nəzər salsaq görərik ki, buraxılış və qəbul imtahanları dönəmində bu cür hallar daha çox baş verir. Şagirdlərin dərs yükünün ağır olması, stress, yuxusuz gecələr və daha çox valideyn təzyiqi nəticəsində bəzən belə xoşagəlməz hallar yaşanır.

 

Bəs bu kimi halların baş verməməsi üçün valideynlər övladlarına necə davranmalıdır?

 

AzEdu.az imtahan ərəfəsində və imtahndan sonra valideynlərin uşaqlarına necə davranmalı olduqları barədə araşdırmanı təqdim edir:

 

  • İmtahan nəticələri elan olunmazsan əvvəl uşağınızın toplayacağı bal barəsində ehtimallardan danışmaq çox faydalı deyil, əksinə bu uşağınızla sağlam ünsiyyətinizə zərər verəcək.

 

  • Gələcəklə bağlı bədbin, məsələn, “Universitetə qəbul oluna bilməyəcəm”, “İstədiyim ixtisasa düşməyəcəm” və s. kimi düşüncələr gənclərin əhval-ruhiyyəsinə daha mənfi təsir edir, hər zaman yeni variantların olduğunu və hər seçiminə hörmətlə yanaşacağınızı onlara hiss etdirin. 

 

  • Övladınız yüksək nəticə göstərdiyi halda maddi mükafatlardan qaçmaq lazımdır. O cümlədən, zəif bal topladığı zaman cəza tədbiq etmək doğru deyil.

 

  • Onları başqalarının yanında həddindən artıq tərif və tənqiddən çəkinin.

 

  • İmtahanın nəticəsi barədə özünüzü hər ehtimala hazırlayın.

 

  • Nəticə nə olursa olsun, bir valideyn kimi borcunuzun davam etdiyini unutmayın. Seçimləri yaxşı qiymətləndirmək, məlumat və kömək almaq, uşağınıza rəhbərlik etmək, sakit və rasional davranmaq həmişə ən yaxşısıdır.

 

  • Ali təhsil müəssisələrinə qəbul edilən tələbələrin sayı məhdud olduğundan, hər kəsin müsabiqədə uğur qazanması mümkün deyil. Unutmayın ki, hər bir insan həyatında müxtəlif uğursuzluqlarla qarşılaşa bilər.


  • İmtahanda müvəffəqiyyət qazanan tələbənin düzgün seçim etməsinə, peşə seçməsinə, məlumat almasına kömək edin, lakin ona heç vaxt təzyiq göstərməyin.

 

Universitet imtahanlarında ailələr də testdən keçir. Əgər tələbə imtahanda gözlənilən uğura nail ola bilməyibsə, oxumaq istəyi varsa və uğur qazanacağına inanırsa, ona yenidən hazırlaşmağı təklif edin. Lakin unutmaq olmaz ki, imtahana hazırlaşmağın vaxtı və həddi var.

 

Əgər uşağınız yenidən imtahan vermək istəmirsə, ona öz seçimlərində dəsdək olun. Həyatda uğurlu və xoşbəxt olmağın yeganə şərti imtahanda qalib gəlmək deyil. İş həyatına başladıqdan sonra da təhsili tamamlamaq mümkündür. Məlumdur ki, universitetdə oxumasa da həyatında çox xoşbəxt, işində uğurun zirvəsində olan insanlar var.