Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 10:10:00
Bu şəxslər pedoqoji fəaliyyətlə məşğul ola bilməz - QANUNVERİCİLİK

Təhsil  müəssisələrində  müvafiq  ixtisas  üzrə  pedaqoji  təhsilə  malik  olanlar  və  pedaqoji  təhsili  olmayan  ali  təhsilli  mütəxəssislər müvafiq  icra  hakimiyyəti orqanının  müəyyən etdiyi  qaydada pedaqoji fəaliyyətlə  məşğul  ola  bilərlər.

 

Bəs  kimlər  pedoqoji  fəaliyyətlə  məşğul ola bilməz?

 

Bununla  bağlı  AzEdu.az Azərbaycan  Respublikasının  müvafiq qanunvericiliyindən çıxarışı təqdim edir:

 

Aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

 

- Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər;

 

- Ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

 

- Fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

 

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər;

 

- Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər;

 

- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.