Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 12:14:00
ABŞ-da təhsil alan türkiyəli tələbələrin sayı açıqlanıb    

Dünyanın ən yaxşı 10 universiteti siyahısına 7 qurumu ilə daxil olan ABŞ təhsil turizmində də rəğbət görür. Türkiyəli tələbələr də təhsil üçün Amerikaya üstünlük verirlər. 2021-ci ildə ABŞ-da təhsilini davam etdirən türk tələbələrin sayı 8109 nəfər olub.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın bir çox ölkəsindən olan tələbələr yüksək səviyyəli təhsil almaq üçün ABŞ universitetlərinə üstünlük verirlər . 20 il əvvəl ABŞ-da təhsil alan əcnəbi bakalavr tələbələrinin sayı 260 min 848, magistratura pilləsində təhsil alanların sayı isə 244 min 398 idi. Aradan keçən 20 ildə bu rəqəm təxminən iki dəfə artıb. 2021/2022-ci tədris ilində ABŞ-da təhsil alan əcnəbi tələbələrin sayı bakalavr təhsili üzrə 344 min 532, magistratura təhsili üzrə isə 385 min 97 olaraq qeyd edilib. 184 min 759 fakultativ tətbiqi təhsil və 34 min 131 bakalavr dərəcəsi olmayan tələbə əlavə olunduqda ABŞ-da təhsil alan əcnəbi tələbələrin sayı 1 milyona yaxınlaşır.

 

Çikaqoda yerləşən “One Key Visa” konsaltinq şirkətinin baş meneceri Aşkan Kheirkhahvash ABŞ universitetlərinin türk tələbələr arasında populyarlığının kifayət qədər yüksək olduğunu ifadə edərək, son vaxtlar viza məsələsində problemlər yaşandığına diqqət çəkib. Türk tələbələrin bu seçimində keyfiyyətli təhsil, yüksək sosial həyat imkanları və qənaətbəxş aspiranturadan sonrakı iş imkanları kimi səbəblərin təsirli olduğunu izah edən Aşkan Kheirkahvaş deyib ki, “Beynəlxalq Təhsil İnstitutunun (IEE) tərtib etdiyi məlumatlara görə, 2021-ci ildə ABŞ-da təhsil həyatını davam etdirən türk tələbələrin sayı 8109 idi. Pandemiyanın təsirləri həyatımızdan silindikdən sonra 2022-2023-cü illərdə bu rəqəm təxminən 4 faiz artıb. Bu artımın növbəti illərdə daha da sürətlənəcəyi gözlənilir.