Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 13:00:00
Subbakalavrların ərizə qəbulu bu tarixdə APARILACAQ - RƏSMİ

Ali təhsil müəssisələrinə imtahansız qəbul olunmaq istəyən subbakalavrlar (kollec məzunları) üçün ərizə qəbulu mart, aprel aylarında aparılacaq.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

"Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrların ərizələrinin qəbulu aprel ayının sonu may ayının əvvəlində internet vasitəsilə aparılacaq. Konkret tarixlər müəyyən olunan kimi ictimaiətə məlumat veriləcək", - deyə DİM-dən qeyd edilib.


Xatırladaq ki, 2012-ci ildən bu yana kollec məzunu olan bütün subbakalavrlar qəbul imtahanında topladığı baldan asılı olmayaraq müsabiqədə iştirak edərək imtahansız universitetə qəbul olunmaq şansına malikdir.

 

Bu qayda Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixində təsdiq etdiyi qərarda öz əksini tapır.

 

Qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

 

Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük verilir.


Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edə bilərlər.