Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 11:41:00
DİM imtahana hazırlıqla bağlı vebinar keçirəcək 
Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən "9-cu sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub.
 
 
Bu barədə AzEdu.az-a DİM dən məlumat verilib:
 
 
Vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq. Vebinar “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e_psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.