Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 11:32:00
İmtahanda xarici dildən çətinlik çəkməmək üçün bunlara əməl etməlisiniz - TÖVSİYƏ

Son zamanlar keçirilən müxtəlif imtahanlarda iştirakçıların xarici dildən çətinlik çəkdiyinin şahidi oluruq. Kimisi dinlədiyi mətini tam olaraq anlaya bilmir, kimisi isə oxuduğunu dərk etməkdə çətinlik çəkir.

 

Bəs xarici dil bacarıqlarımızı hansı metoddan istifadə etməklə gücləndirə bilərik?

 

AzEdu.az danışıq və anlama bacarıqlarınızı gücləndirmək üçün diqqət etməli olduğunuz vacib məqamları təqdim edir:

 

Yeni dil öyrənməyin ilk şərti budur ki, öyrəndiyiniz hər yeni sözü bildiyiniz digər sözlərlə birləşdirib cümlələrdə istifadə etməyə çalışın. Həmçinin, hər fürsətdə öyrənmək istədiyiniz dildə, o dildə sizdən daha yaxşı olan insanlarla saatlarla danışmağa çalışın. Bu üsul dil kursunda 10 saat sərf etməkdən daha təsirlidir. Dilin yadda saxlanması yox, işlənməsi daha vacibdir. Bu baxımdan insanla danışmaq bir çox digər tədris materiallarından daha təsirli olur.

 

- İntensiv və davamlı çalışın

 

Bir çoxçları məktəbdə dil dərsləri keçdiyini və daha sonra heç nə xatırlamadığını bildirir. Çünki onlar həftədə cəmi 3-4 saat işləyirlər və sonra intensivlik bitəndə öyrəndiklərini də unudurlar. Dil öyrənmək üçün hər gün çalışmağa ehtiyac duyulur. Dil onu öyrənmək üçün çoxlu təkrar, təcrübə, əzm və sərmayə tələb edir.

 

- Dil kurslarına getmək həmişə səmərəli olmaya bilər


Hər şeyi nəzərə alsaq, dil kurslarında qrup dərslərində vaxt və səy sərf etmək vaxt itkisidir. Burada iki problem var:
Birincisi, qrup öyrənməsi ən zəif tələbə üçün uyğunlaşdırılır. İkincisi, dil öyrənmək çox fərdi prosesdir.
Hər kəs təbii olaraq bəzi sözləri və ya mövzuları digərlərindən daha asan öyrənir. Bu səbəbdən qrup işində hər bir şagirdin şəxsi ehtiyaclarını nəzərə almaq vacibdir.

 

- Öyrənməyə ən çox istifadə olunan 100 sözlə başlayın

 

Ən çox istifadə olunan 100 sözlə başlayın və sonra təkrar-təkrar onlarla cümlələr qurun. Bunu etmək üçün kifayət qədər qrammatika öyrənin. Onlarla rahat olana qədər hamısını məşq edin.

 

- Ana dilinizdə deyil, hədəf dilinizdə danışan insanlarla ünsiyyət qurmağa çalışın

 

Mümkünsə, ərazinizdə öyrəndiyiniz dildə danışan insanlarla dostluq edin. Çox fərqli mövzular haqqında danışın. Fərqlərə baxın. Beyninizdə anlaya bilmədiyiniz bir çox məsələni o dildə düşünməyə başlayırsınız. Belə davam etsəniz, bir neçə aydan sonra səlis danışacaqsınız.

 

– Televiziya şouları, filmlər, qəzet və jurnallar... Onlar dil öyrənmək üçün yaxşı əlavədir

 

Ancaq hər birini düzgün məqsəd üçün və öz yerində istifadə edin. Əgər film izləyəcəksinizsə, əvvəlcə film haqqında konspekt və ya məqalə oxuyun. Əgər mövzunu mənimsəsəniz, sözləri və dialoqları daha asan başa düşəcəksiniz.