Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 09:50:00
Yalnız bu subbakalavrlar ali məktəblərə imtahansız qəbul oluna bilərlər - QAYDA

Subbakalavrlar (kollec məzunları-red.) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər.


Bəs hansı ildən sonra kolleclərdən məzun olmuş subakalavrların belə hüquqları var?


AzEdu.az-ın redaksiyasına daxil olan bu mövzuya aid sualların çoxluğunu nəzərə alaraq qaydaları diqqətinizə çatdırırıq.

2012-ci ildən bu yana kollec məzunu olan bütün subbakalavrlar qəbul imtahanında topladığı baldan asılı olmayaraq müsabiqədə iştirak edərək imtahansız universitetə qəbul olunmaq şansına malikdir.

2012-ci ildən əvvəl kollec bitirən məzunlar isə buraxılış imtahanında iştirak edərək universitetə qəbul oluna bilərlər.

 

Bu qaydalar Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixində təsdiq etdiyi qərarda öz əksini tapır.

 

Qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

 

Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük verilir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edə bilərlər.