Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 14:35:00
Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə maraq göstərilmir  

Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə namizədlər tərəfindən çox maraq göstərilmir.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul zamanı daha çox maraq BB qrupuna daxil olan icraçı vəzifələr üzrə müşahidə edilir. M.Abbaszadə deyib: “Kütləvi vəzifələrə maraq daha çoxdur. Çünki burada namizədlər üçün qoyulan tələblər daha azdır. Eyni zamanda, iş stajı da çox tələb olunmur. Ona görə müəyyən imtahanlarda 1.000-1.500, digər imtahanlarda isə 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərin sayından, təsnifatından asılıdır”.

DİM Direktorlar Şurasının sədri bildirib ki, dövlət qulluğuna qəbul üçün hər ay imtahan keçirilir. Bu imtahandan əvvəl isə sınaq imtahanları təşkil olunur. “Namizədlərin imkanı var ki, əvvəlcə sınaq imtahanında özlərini yoxlasınlar, daha sonra isə dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər. DİM dövlət orqanları tərəfindən təqdim olunmuş bütün vakant yerlər üzrə müsabiqələr elan edir. Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə olan tələblər isə fərqlidir”, - deyə M.Abbaszadə əlavə edib.