Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 11:42:00
Bu şəxslər ali məktəblərə imtahansız qəbul oluna biləcək - RƏSMİ

Bəzi şəxslər imtahansız - müsahibə yolu ilə və ya müsabiqədənkənar universitetlərə qəbul oluna bilər.

 

AzEdu.az “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən xəbər verir ki, sözügedən şəxslər respublika fənn olimpiadalarının qalibləri, ikinci ali təhsil almaq istəyənlər, 2012-ci ildən kollec bitirənlərdir.

 

Belə ki, respublika fənn olimpiadalarının qalibləri müsabiqədənkənar fənlər üzrə ali təhsil müəssisələrinə ödənişsiz qəbul oluna bilirlər.

 

Eyni zamanda, bir diplomu olub, ikinci ali təhsil almaq istəyənlər üçün də bəzi universitetlər imtahansız - müsahibə yolu ilə qəbul keçirir.

 

Həmçinin, 2012-ci ildən kollec bitirənlər (subbakalavr) imtahansız universitetə qəbul olunmaq şansına malikdir. 2012-ci ildən əvvəl kollec bitirən məzunlar buraxılış imtahanında iştirak edərək universitetə qəbul oluna bilərlər.