Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 11:22:00
Abituriyentlərin nəzərinə - Bu halda 2 aprel imtahanına buraxılmaya bilərsiz

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 aprel tarixində Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də növbəti buraxılış imtahanı keçiriləcək.


Bu imtahanlarda mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər iştirak edəcəklər.

 

AzEdu.az hər bir imtahan iştirakçısının əməl etməli olduğu tələbləri təqdim edir:

 

- İmtahan günü buraxılış vәrәqәnizdә göstәrilәn vaxtda imtahan verәcәyiniz binanın qarşısına gәlin.
- Özünüzlә mütlәq qara vә ya tünd göy rәngdә yazan, mürәkkәb axıtmayan diyircәkli qәlәm gәtirin.

 

Aşağıdakı sәnәdlәri imtahana gәtirmәyi unutmayın:

şәxsiyyәti tәsdiq edәn sәnәdin әslini:


a) Azәrbaycan Respublikasının vәtәndaşları (16 yaşı tamam olmayan şәxslәr dә daxil
olmaqla) şәxsiyyәt vәsiqәsini;


b) әcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәr Dövlәt Miqrasiya Xidmәti tәrәfindәn
verilmiş icazә vәsiqәlәrini, qaçqın statusu almış xarici vәtәndaşlar vә onların ailә
üzvlәri isә qaçqın vәsiqәlәrini;
Şәxsiyyәt vәsiqәsindә şәkli olmayan şәxslәr digәr sәnәdlәrlә yanaşı, tәhsil müәssisәsi tәrәfindәn verilmiş vә fotoşәkillәri yapışdırılmış arayışı (arayışa şәxsin 3x4sm ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir)


İmtahana buraxılış vәrәqәsini;

 

İştirakçı aşağıdakı hallarda imtahana buraxılmır:


- tәlәb olunan sәnәdlәrdәn hәr hansı biri olmadıqda vә ya sәnәdlәr arasında uyğunsuzluq olduqda;


- saxta sәnәd tәqdim etdikdә;


- imtahan binasına imtahanın başlanmasına 15 dәqiqә qalmış gәldikdә;


- imtahan binasına imtahana gәtirilmәsi qadağan edilmiş әşyalarla daxil olmağa cәhd etdikdә;

 

Göstәrilәn sәnәdlәri imtahan binasının giriş qapısında buraxılış rejimini hәyata keçirәn mühafizә әmәkdaşlarına tәqdim edib yoxlamadan keçdikdәn sonra imtahana buraxılış vәrәqәnizdә göstәrilmiş müvafiq kodlu zala gedin.