Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 10:44:00
Zəlzələ bölgəsində şagirdlərin davamiyyəti 60 faizi ötür

Fevralın 6-da baş verən zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda mərhələli təhsilə başlamaq qərarına gəlinib.
27 martdan viılayətdə dərslər bərpa edilib.
 

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 1315 məktəbdən 5-nin dağıldığı şəhərdə müəllim və şagirdlərin siniflərdə adaptasiya prosesi davam edir.

 

Zəlzələdən 49 gün sonra təxminən 80 min şagirdin yenidən dərslərə başladığı şəhərdə məktəbə davamiyyət nisbəti gözləniləndən yüksəkdir.

 

İl milli təhsil müdiri Mustafa Öztürk bildirib ki, Hatayda məktəblərdə gözləniləndən qat-qat yüksək fəallıq müşahidə olunub.

 

 

Öztürk zəlzələnin uşaqlarda buraxdığı izlərin silinməsi üçün siniflərdə lazımi psixososial dəstəyin verildiyini bildirib.

 

Şagirdlərin qısa müddətdə təhsil həyatına uyğunlaşdıqlarını vurğulayan Öztürk deyib:

 

"Hazırda şagirdlərin məktəbə davamiyyəti 60 faizdir, bəzi rayonlarımızda 80 faizə yüksəlib, lakin orta hesabla 60-65 faiz arasında dəyişir. Müəllimlərimizdə bu göstərici 70 faiz civarındadır. Sürətli addımlarla normallaşmaya doğru irəliləyirik. Geriyə dönüş yoxdur. Gündən-günə 90 faizə çatacağına inanıram”.