Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 08:49:00
Müəllimlərin dərs yükü azaldılsın - bir stavka 12 saata endirilsin - TƏKLİF

“Müəllimlərin dərs yükü tədrisin keyfiyyətinə bilavasitə ciddi şəkildə təsir göstərir".

 

 

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

 

"Müəllimlər sosial-iqtisadi vəziyyətlərinə görə çox dərs yükünə razı olurlar.

2016-cı ildə müəllimlərin bir stavka dərs yükünün 12 saatdan 18 saata qaldırılması mənə görə çox yanlış idi.

Hesab edirəm ki, müəllimlərin bir stavka dərs yükü yenidən 12 saata salınmalı və müəllimlərə dərs stavkasından əlavə müəyyən vəzifə maaşı təyin edilməlidir. Yəni bütün müəllimlər üçün sabit vəzifə maaşı misal üçün, 300 - 500 manat müəyyən edilməlidir, əlavə olaraq da dərs yükünə görə həmişəki maaşları əlavə olunmalıdır", - K.Əsədov deyib.

 

Ekspert mövzu ilə bağlı xarici təcrübədən söz açıb:

 

"Müəllimin dərs yükü ölkələr arasında fərqlənir, lakin əsasən müəllimlər üçün müəyyən edilmiş maksimum dərs yükü var.

ABŞ-da Milli Təhsil İnstitutunun məlumatına görə, orta məktəblərdə müəllimlər üçün rəsmi olaraq təyin edilmiş dərs yükü həftədə 25-30 saat arasında dəyişir.

Birləşmiş Krallıqda isə müəllimlərə həftədə 19 saata qədər dərs verilməsi məsləhət görülür.

Türkiyədə dərs yükü 24 saat, Almaniyada isə 27 saata qədər olur.

Azərbaycanda isə müəllimlərin dərs yükü əsasən həftədə maksimum 36 saat olsa da, daha 12-24 saat arasında dəyişir. Lakin bu rəqəm ölkədəki təhsil müəssisələrinə və fənn növlərinə görə dəyişə bilər.

Düşünürəm ki, həftədə 24-36 saat dərs deyən müəllimin dərs keyfiyyəti ilə, 12-18 saat dərs deyən müəllim arasında ciddi keyfiyyət fərqi var".