Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 17:13:00
Günəş 11 illik dövrünü tamamlayır: küləyin sürəti saniyədə 750 km-ə çatacaq

Günəşin ətrafındakı qabarcığa bənzər bir həcmdən xaricə hərəkət edərək əmələ gətirdiyi küləklər sabah da öz təsirini ölkəmizdə hiss etdirəcək. Bəs, Günəş küləyi nədir, necə əmələ gəlir? Günəş küləyi əsəndə nə baş verir?

 

AzEdu.az xəbər verir ki, Günəş küləyi ondan çıxan hissəciklər axınıdır. Əsasən elektronlar, protonlar və alfa hissəciklərindən (helium atom nüvələri) ibarətdir. Bu hissəciklərin əksəriyyəti Günəşin böyük cazibə qüvvəsi ilə Günəşə qayıtsa da, bəziləri yüksək sürətləri sayəsində çox uzaq məsafələrə çatırlar.

 

Günəş küləyi necə əmələ gəlir?

 

Günəş küləyi Günəş ətrafında qabarcığa bənzər həcmdə xaricə doğru hərəkət edir. Ulduzlararası fəza ilə əhatə olunmuş bu həcm heliosfer adlanır və Plutonun orbitindən kənara çıxır.

Günəşdən yayılan hissəciklərin axınlarının mövcudluğu ilk dəfə 1859-cu ildə iddia edilib. Lakin belə bir tendensiyanın olub-olmaması və əgər varsa, onun nələri ehtiva etməsi uzun illərdir ki, müzakirə mövzusudur. Günəş küləyinin mövcudluğunu təsdiqləyən ilk birbaşa müşahidə 1959-cu ildə sovet Luna 1 peyki tərəfindən aparılmışdır.

 

11 illik dövrün tamamlanması

 

“Reading” Universitetinin Kosmos fizikası professoru Mathev Ovens deyir ki, Günəş hər 11 ildən bir öz aktivliyinin pik nöqtəsinə yaxınlaşdıqca, bu dəliklər ulduzumuzun ekvatoru yaxınlığında da görünür:

 

"Bu dəliyin ekvatorda olması o deməkdir ki, biz onun mərkəzi meridianı keçdikdən bir neçə gün sonra Yerdə olduqca sürətli küləyini görəcəyik". Günəş küləkləri saniyədə 800 kilometrdən çox sürətlə əsməyə qadirdir ki, bu da saatda 2,9 milyon kilometrdir.

 

London Akademiyasının Kosmos və İqlim fizikası üzrə dosenti Daniel Verscharen deyir: "Bu tac dəliyinin forması çox da xüsusi deyil, lakin onun yeri onu maraqlı edir".

 

"Mən gözləyirəm ki, bu tac dəliyindən sürətli küləklər bu həftə cümə axşamı və şənbə səhəri Yerə çatacaq".

 

Sürət saniyədə 750 kilometrə qədər çatacaq

 

Günəş küləyi əsasən iki komponentə bölünür. Yavaş günəş küləyi adlanan komponentin sürəti saniyədə 400 kilometr, sürətli Günəş küləyi adlanan komponentin sürəti isə saniyədə təxminən 750 kilometrdir.

 

Günəş küləyinin təsiri nələrdir?

 

Günəş küləyi Yerdə və Günəş sistemindəki digər göy cisimlərində müşahidə olunan müxtəlif hadisələrin səbəbidir. Məsələn, kometaların quyruqları Günəşdən uzaqlaşır. Bunun səbəbi günəş küləyinin kometaların quyruqlarını itələməsidir.

Yerin maqnit sahəsi Günəş küləyində yüklü hissəciklərə qarşı qalxan rolunu oynayır. Ancaq bu yüklü hissəciklərin bəziləri hələ də Yerə çatır. Günəş küləyində elektrik yüklü hissəciklər qütb bölgələrində müşahidə olunan auroralara səbəb olur.

Yerin peyki olan Ayın atmosferi və maqnit sahəsi olmadığı üçün o, daim Günəş küləyində yüklü hissəciklər tərəfindən bombalanır. Apollon missiyaları zamanı Aydan toplanan torpaqlar üzərində aparılan araşdırmalar da bu torpaqların günəş küləyi sayəsində atom nüvələri baxımından zənginləşdiyini göstərir.

Marsın Ay kimi maqnit sahəsi olmadığı üçün birbaşa Günəş küləyinə məruz qalır. Bu, Marsın atmosferinin daha incə və seyrək olmasına səbəb olur. Mars atmosferinin bugünkü sıxlığı Yerin yalnız bir faizi qədərdir.

1977-ci ildə NASA tərəfindən kosmosa göndərilən Voyager 1, Solarosferdən kənara çıxan ilk kosmik gəmi oldu. 13 dekabr 2010-cu ildə Voyager 1 tərəfindən aparılan ölçmələr Günəşdən buraxılan yüklü hissəciklərin radial sürətinin sıfıra düşdüyünü göstərdi. Günəş küləyinin bu bölgədə ancaq yan tərəfə yayıla bilməsinin səbəbi ulduzlararası kosmosdan gələn hissəcik küləyinin günəş küləyini itələməsidir.

 

Günəş küləyi olanda nə baş verir?

 

Günəş küləyi inkişaf etmiş bir maqnit sahəsinə (Yer, Yupiter və Saturn kimi) malik olan planetə yaxınlaşdıqca, hissəciklər Lorentz qüvvəsi tərəfindən yönləndirilir.

 

Maqnitosfer kimi də tanınan bu sahə hissəciklərin atmosferi və ya səthi bombalamaq əvəzinə planetin ətrafında hərəkət etməsinə səbəb olur.