Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 11:48:00
Abituriyentlərin xarici dil imtahanı ilə bağlı narazılığı: kim haqlıdır?

Buraxılış imtahanında xarici dili fərqli olan abituriyentlər 3 saat ərzində sadəcə 2 fənn (Azərbaycan dili və Riyaziyyat) üzrə imtahan verir və daha sonra seçdikləri dil üzrə başqa vaxt imtahan verirlər. Amma digər abituriyentlər 3 saat ərzində 3 fənn (Azərbaycan dili, Riyaziyyat və İngilis dili) üzrə imtahan verirlər.

Bu məsələ ilə bağlı abituriyentlər arasında narazılıq yaranır. Bir abituriyentin 3 fənn üzrə sualları cavablandırmağa 3 saatı olduğu halda, digərinin bu 3 saat ərzində sadəcə 2 fənn üzrə sual cavablandırmasında haqsızlıq yoxdurmu?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperdi Elçin Əfəndi bildirib ki, abituriyentlərin narazılıqları əsassızdır:

 

“Əgər abituriyent buraxılış imtahanında əlavə xarici dil seçmirsə, müvafiq olaraq onun da 3 saat imtahanda iştirak etmək hüququ var. Əgər hər hansısa abituriyent ingilis dili yox, məsələn, rus dilindən imtahan verəcəksə, buraxılış imtahanı zamanı həmin abituriyent 3 saat müddətində oturub yaza da bilər, ya da istəsə, 2 saat ərzində çıxa da bilər. Burada mütləq qaydada kimsə xarici dil imtahanı seçibsə, onu 3 saatdan tez çölə çıxarmırlar, belə qanun-qayda yoxdur. Müvafiq olaraq başqa tarixdə imtahan verirlər və 1 saat vaxt ayrılır. Bu tip abituriyentlər təxminən 5-10 faiz təşkil edir.

 

Əlbəttə, nəzərə alsaq ki, hər hansı bir abituriyent xarici dildən imtahan verirsə, onun əldə etdiyi nəticə attestatında əks olunur. Yəni əsas xarici dil məhz imtahan verəcəyi dil deyilsə belə, o, mütləq müəyyən qədər də olsa, nəticə göstərməlidir.

 

Əgər sırf 2 fənn üzrə imtahan versəydi və digər xarici dildən əldə etdiyi nəticə attestata işlənməsəydi bəli, haqsızlıq olardı”.