Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 15:02:00
Sertifikasiyadan keçən və maaşı artan müəllimlərin sayı AÇIQLANDI

“Keçən il sertifikasiyaya cəlb olunan ibtidai sinif müəllimlərinin iştirakı yüksək səviyyədə olub”.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı media brifinqi zamanı deyib:

 

“Ötən il Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz, Gəncə-Daşkəsən regionlarında Elm və Təhsil Nazirliyinə tabe olan məktəblərin ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunub. Həmin müəllimlərin 97 faizi sertifikasiyada iştirak etmişdir. Bu isə 11211 müəllim deməkdir. 78 faiz müəllim sertifikasiyada uğur qazanıb və onların maaşlarına əlavələr olunub. 5654 müəllimin maaşı 10% artıb. 3127 müəllimin isə maaşına 35 faiz əlavə olunub".