Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 09:14:00
Elm və Təhsil Nazirliyindən bağçalardakı yoxlamalarla bağlı AÇIQLAMA

Bağçalarla bağlı ictimaiyyəti maraqlandıran bir sıra suallar var ki, hələ də ətraflı cavabını tapmayıb. Həmin məsələlərə ümumi olaraq nəzər salaq: 

 

Bağçalar konkret olaraq hansı məhsullarla təmin olunur?

 

Bağçaların fəaliyyətinə nəzarət hansı formada həyata keçirilir?

 

Yoxlanılması nəzərdə tutulan bağça hansı əsaslarla seçilir?

 

 Hansı tarixlərdə belə yoxlamalar həyata keçirilir?

 

Ən yaxın hansı tarixdə yoxlamalar gözlənilir?

 

 

AzEdu.az sözügedən mövzularla bağlı məlumat almaq məqsədilə Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq aşağıdakı məlumatlar verilib: 

 

“2022-ci ildə məktəbəqədər təhsil müəssisələrinə yuyucu, gündəlik işlənən bəzi mallar və dəftərxana malları göndərilib. Bu proses yeni məhsullar da əlavə olunmaqla 2023-cü ildə də davam edir.

 

Regional Təhsil İdarələri (BŞTİ də daxil olmaqla) tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə mütəmadi olaraq monitorinq gedir, ortaya çıxan boşluqlarla bağlı tədbirlər görürlər və müvafiq hesabatlar təqdim edirlər.

 

Məktəbəqədər təhsil müəssisələrinin nazirlik nəzdinə keçməsinin yeni proses olduğunu nəzərə alaraq demək olar ki, Elm və Təhsil Nazirliyinə tabe bütün bağçalara müxtəlif səpkili monitorinqlər olur. Bu monitorinqlər məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır və vaxtında aşkar edilmiş problemlərin həlli üçün vacibdir”.

 

Bağçalarda mütəmadi olaraq yoxlamalar aparıldığını bildirən nazirliyin məlumatına görə, Regional Təhsil İdarələri monitorinqlərin vaxtənı özləri təyin edir. 

"Bağçaların monitorinqləri ilboyu davam edir".