Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 13:15:11
Rəşad Məcid jurnalistləri bir-birlərinə hörmət etməyə ÇAĞIRDI

“İstinad etmək peşəkarlıq, kübarlıq və mədəniyyət göstəricisidir.
Genişlənən informasiya məkanında, az qala, hər kəsin jurnalistikaya iddia etdiyi indiki dövrdə ən təəssüf doğuran məqamlardan biri də başqasının əməyini sahiblənmək, yazdıqlarını öz adına çıxıb istinadsız yaymaqdır”.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

O qeyd edib ki, son illər daha çox sosial mediada və yeni yaranan media subyektlərində müşahidə olunan bu tendensiyaya bəzən özünü peşəkar adlandıranların da “yaradıcılığında” rast gəlinir və təəssüf doğurur.

“Belə xoşagəlməz nümunə ilə növbəti dəfə bu gün səhər üzləşdik.

Dünən terror aktına məruz qalmış millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını bu gün səhər zəng edərək Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevə verib. Bır sıra media subyektləri kübarlıq və peşəkarlıq göstərib materialı istinadla yaydıqları halda, bir çox saytlar bu açıqlamanın, ümumiyyətlə, necə və haradan peyda olduğunu eyninə belə almadan ata malı kimi mənimsəyiblər.

Heç bir peşəkar ölçülərə sığmayan bu addım jurnalistlərin etik davranış qaydalarına birmənalı olaraq ziddir. Hansısa informasiyanı, materialı istinadla vermək heç kimə əskiklik gətirmir, əksinə, bu peşəkar prinsiplərə əməl edən jurnalistin və media subyektinin özünə hörmət qazandırır. İstinad etmək peşəkarlıqdır, kübarlıq və mədəniyyət göstəricisidir.

Bütün həmkarlarımızı bir- birinin əməyinə hörmətlə yanaşmağa çağırırıq”, - Rəşad Məcid qeyd edib.