Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 12:16:00
Qızların Polis Akademiyasına qəbulu bərpa edilib? - Rəsmi AÇIQLAMA

 

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası bir neçə ildir ki, qız müdavimlərin qəbulunu dayandırıb.

Bəzi ictimaiyyət nümayəndələri Polis Akademiyasına builki imtahanlarda qızların da iştirakına icazə veriləcəyini iddia edir.

Bu iddialar nə dərəcədə əsaslıdır?


AzEdu.az-ın əməkdaşı məsələnin dəqiqləşdirilməsi üçün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə sorğu ünvanlayıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələyə aydınlıq gətirib.

 

“Bu il də yalnız oğlan abituriyentlərin Polis Akademiayayasın qəbulu aparılacaq.

Onu da qeyd edək ki, Akademiyaya sənəd vermiş abituriyentlərin fiziki hazırlıq imtahanı da yenicə başa çatıb.

Əlavə olaraq bilidiririk ki, digər ali təhsil müəssisələrindən Polis Akademiyasına ali təhsilli qadınların işə qəbulu prosesi mövcuddur. Qadınlar təhsil aldığı universitetdən və ixtisasdan asılı olaraq vakansiyalar elan olunduğu təqdirdə Polis Akademiyasına işə qəbulda iştirak edə bilərlər.

Ancaq abituriyent qızların ilkin fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında iştirak etməsinə icazə verilmir. Bu qayda öz keçərliliyini qorumaqdadır”.