Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 09:50:00
Meyvə-tərəvəz yemək akademik uğur üçün vacibdir - TÖVSİYƏ

Uşaqların həm fiziki, həm də ruhi sağlamlığı üçün qidalanmanın əhəmiyyəti hər gün daha çox vurğulanır. Yeni araşdırmalar göstərir ki, çox meyvə və tərəvəz yeyən uşaqların psixoloji sağlamlığı daha yaxşı olur ki, bu da onların akademik nailiyyətlərinə birbaşa təsir edir.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərədə aparılan araşdırmada 50 məktəbdə 9000 şagirdin yeməkləri araşdırılıb. Səhər və naharda yeyilən qidalar, uşaqların meyvə-tərəvəz istehlakı da müzakirə olunub. Həm ibtidai, həm də orta məktəb şagirdləri tərəfindən yeyilən səhər yeməyi və nahar menyuları ilə kurs nailiyyətləri arasında əhəmiyyətli korrelyasiya aşkar edilib. “Uşağımın iştahı yoxdur” deyirsinizsə, bu məzmun sizin üçün maraqlı ola bilər.

 

Xüsusən də orta məktəb şagirdlərindən söhbət gedirsə, tədqiqatın nəticələri daha da məna kəsb edir. Gündə beş və ya daha çox porsiya meyvə-tərəvəz yeyən uşaqlar psixi sağlamlıq baxımından ən yüksək nəticə əldə ediblər. Norviç Tibb Məktəbindən aparıcı tədqiqatçı professor Ailsa Velç deyib:

"Biz bilirik ki, zəif psixi sağlamlıq gənclər üçün əsas problemdir və uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər".

Məsələn, şəkərli qidalar uşaqların yaddaşına təsir edir.

Sosial media və məktəb şəraiti uşaqları meyvə-tərəvəzdən uzaqlaşdırır

Uşaqlarda psixi sağlamlığın pisləşməsinin artması səlahiyyətliləri tədbir görməyə vadar edib. İngiltərədə aparılan araşdırmaların nəticələrinə görə, uşaq və gənclər həm sosial media, həm də müasir məktəb mədəniyyəti tərəfindən təzyiq altındadır. Qidalanma ilə fiziki sağlamlıq arasında əlaqə bilinsə də, gənclərin psixologiyasına təsiri çox vurğulanmır. Yeniyetmələrin psixi sağlamlıq problemlərinin yetkinlik yaşına qədər davam etdiyi və yetkinlik dövründə görülən bir çox psixi problemlərin yeniyetməlik dövründə başladığı məlum bir həqiqətdir.

 

İngiltərədə aparılan bir araşdırmada orta məktəb uşaqlarının yalnız dörddə biri və ibtidai məktəb uşaqlarının 28 faizi tövsiyə edildiyi kimi gündə cəmi 5 porsiya meyvə və ya tərəvəz yeyə bilər. Orta məktəbdə hər beş uşaqdan biri, ibtidai sinifdə isə hər on uşaqdan biri səhər yeməyi yemir. 

 

Bir çox araşdırmalar göstərir ki, yaxşı qidalanma uşaqlarda daha yaxşı zehni elastiklik ilə əlaqələndirilir. Yeni bir araşdırma, qidalı meyvə və tərəvəzlərlə müntəzəm yeməklərin, xüsusən də orta məktəb uşaqları arasında daha yaxşı psixi sağlamlıqla birbaşa əlaqəli olduğunu müəyyən edib. Araşdırma zamanı ənənəvi səhər yeməyi yeyən tələbələr səhər yeməyini yalnız karbohidratlı qidalarla yeyən tələbələrlə müqayisə edilib.

 

Tədqiqatlara görə, qida dəyəri aşağı olan ərzaqla ənənəvi, təbii səhər yeməyindən imtina etmək uşaqların psixi-mənəvi sağlamlığına da təsir edir. İngiltərədə aparılan araşdırmada səhər yeməyində "boş kalori" olaraq xarakterizə edilən enerji içkilərini qəbul edən bir qrup uşaq da aşkarlanıb. Bu içkilərin isə səhər yeməyi yeməməkdən daha çox mənfi təsirləri olduğu müəyyən edilib. Günorta dərslərinə nahar etmədən və qidalı yemək yemədən qatılan tələbələrin akademik uğurlarına və zehni performanslarına mənfi təsir göstərdiyi bildirilib. Təkcə akademik göstəricilərə deyil, fiziki inkişafa da mənfi təsir göstərəcəyi xatırladılıb.

 

Mənbə: Şərqi İngiltərə Universiteti. “Daha çox meyvə və tərəvəz yeyən uşaqların psixi sağlamlığı daha yaxşı olur”. ScienceDaily. ScienceDaily, 28 sentyabr 2021-ci il.