Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 11:04:00
V qrupun imtahanında dəyişiklik olacaq? - DİM CAVAB VERDİ

Son günlər təhsil ictimaiyyətinin müzakirə etdiyi mövzulardan biri də 2 apreldə keçiriləcək V qrup qəbul imtahanında hansısa dəyişikliyin olacağı haqqındadır.

 

Bu iddialarla bağlı AzEdu.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə məsələyə aydınlıq gətirib.

 

DİM rəsmisi bildirib ki, hələ V qrup imtahanı ilə bağlı hansısa dəyişiklik nəzərdə tutulmur. Əgər bir yenilik olarsa, rəsmi olaraq elan olunacaq.

 

Məlumat üçün qeyd edək ki, 2 aprel tarixində aşağıdakı imtahanlar keçiriləcək:


1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;


2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

 

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;


4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;


5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;


6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

 

1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 keçidindən istifadə etməlidirlər.

 

4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 keçidindən istifadə etməlidirlər.

 

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.