Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 16:42:00
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

 

 

AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev aprel ayının 28-i  vətəndaş qəbulu həyata keçirəcək.

 

 

Müəyyən edilmiş görüş Qusar rayonunda həyata keçiriləcək. Qəbul Quba, Xaçmaz, Şabran, Siyəzən rayonalarını da əhatə edəcək.

 

 

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.