Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-25 12:00:00
Təhsil dəyərlərimizə mənfi təsir edən amillər... - Ekspertdən TƏNQİD
 
Bəzi problemlər təhsildə on illər boyu formalaşmış dəyərlərə mənfi təsir edir.
 
 
AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
 
 
Öncəliklə, Azərbaycan təhsil sistemində bir neçə problemin olduğunu qeyd etmək lazımdır. Bu problemlər təhsil sistemindəki mərhələlərin məzmununda, mövcud standartlarda, müəllimlərin mənəviyyat və pedaqoji hazırlığında, texnoloji imkanlardan səmərəli istifadədə və səlahiyyətli qurumun fəaliyyətsizliyində açıq şəkildə görünür.
 
 
1. Azərbaycan təhsil sistemi çox dildən ibarətdir. Həmin dillərdən biri də Azərbaycan dilidir. Amma təhsil dili Azərbaycan dilindən başqa, Rus və İngilis dilləri ilə yanaşı, azsaylı xalqların dilində də təşkil olunur. Bu gün Azərbaycanda bütün təhsil müəssisələri Azərbaycan dilində təhsil verir, lakin ən azı bütün məktəblərdə ibtidai sinif YALNIZ AZƏRBAYCAN DİLİNDƏ olmalıdır. Bu halda dilimizi qoruya bilərik.
 
 
2. Azərbaycan təhsil sistemi dərin təcrübəsizlik və səriştəsizlik ilə qarşı-qarşıyadır. Təcrübəsiz təhsil idarəedənlərin və müəllimlərin sayı çoxdur. Bəzən heç bir elmi-pedaqoji əhəmiyyət kəsb etməyən məqalələr yazan müəllimlər və ya fəlsəfi anlayışı olmayan professor, dosentləri görürük. Bu müəllimlər və elemi dərəcəli şəxslər şagird və tələbələr tələbələrə böyük mənfi təsir göstərir.
 
 
3. Azərbaycan təhsil sistemi bir çox təhsil müəssisələrinin keyfiyyətsiz olduğu üçün şagird və tələbələrin təhsil səviyyəsi çox aşağıdır. Azərbaycan təhsil sistemi zəif keyfiyyətli təhsil müəssisələri ilə doludur. Dəhşətlisi isə bu müəssisələr şagird və tələbələrə gərəkli bilikləri öyrətmək üçün məsuliyyət daşımırlar. Heç kim bu bərbad vəziyyətə görə hesab soruşmur.
 
 
4. Azərbaycan təhsil sistemi yeniliklərdən qorxur. İndiyə qədər Azərbaycan təhsil sistemi bəzi yenilikləri tətbiq etsə də, bu görüntü və imitasiyadan başqa bir şey deyil.
 
 
Təhsil sisteminin idarə edilməsi ilə bağlı ciddi kadr problemi var.
 
 
Şəxsi münasibətlər zəminində təhsildə vəzifə təyinatları həqiqi elm, təhsil adamlarının ölkədən çıxmasına, bezib kənara çəkilməsinə gətirib çıxarır.
 
 
O qədər bacarıqsız şəxslərə geniş imkanlar yaradılır ki, həqiqi dəyərlər sistemini yaradacaq mütəxəssislər qapı arxasında qalır.