Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-24 09:30:00
Laçın yolunda 103 gün - aksiya dayanmayıb

Azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 103 gündür davam edir.

 

AzEdu.az xəbər verir ki, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur.

 

Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.


Hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edir. 

Ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son” və sair şüarlar səsləndirirlər.

 

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

 

Xatırladaq ki, Laçın-Xankəndi yolunda etiraz aksiyası ötən dekabrın 12-dən başlayıb.