Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-23 15:33:48
Oyuncaqların uşağın inkişafında rolu

Uşaqlar ətraf mühit haqqında informasiyanın çoxunu oyuncaqlar və oyunlar vasitəsilə öyrənir.

 

 

 

AzEdu.az xəbər verir ki, bu onların düşünmə, ünsiyyət qurma, öyrənmə, problem həll etmə, sosial bacarıqlar kimi xüsusiyyətlərinə təsir edir. Onlarda yaradıcı düşüncə formalaşdırır. Oyuncaqlar uşaqların davranışına, rəftarına müxtəlif cürə təsir edir. Bəzi oyuncaqlar uşaqlara müsbət təsir etdiyi halda, böyüklərin maraqla aldığı bir çox oyuncaqlar isə bu istiqamətdə mənfi təsiri ilə sezilir. Belə ki, mənfi tendensiya müşahidə olunan oyuncaqlar balacalarda müəyyən qədər aqressiya yaradır.

 

 

 

Məlumdur ki, əsgər, silah, super gücə malik müxtəlif cizgi film qəhrəmanlarının maketləri oğlanlara, görünüşlə əlaqəli bəzək aksesuarları, gəlinciklər isə qızlara alınır. Buna əsasən, oyuncaqlar müxtəlif hissələrə bölünür: Tamamilə qızlara aid edilən, qismən qızlara aid edilən, tamamilə oğlanlara aid edilən və qismən oğlanlara aid edilən, musiqili, təbiətlə əlaqəli və s.

 

 

 

Oyuncaqlar təhsil, uşaqların fiziki, əqli inkişafı, artistlik və başqa bacarıqlarını təmin etməyinə görə təbii, gender üzrə fərqli oyuncaqlar olmaqla da bölünür. Bir çox araşdırmalara görə əgər siz uşağın fiziki, idraki, akademik musiqi və artistik bacarıqlarının inkişafını istəyirsinizsə, gender fərqliliyi baxımından yanaşma effektiv deyildir. Maraqlı xüsusiyyətləri, səsləri ilə daha maraqlı görünə bilən oyuncaqlar əslində körpələr və uşaqlar üçün daha az faydalı ola bilər. Ümumilikdə deyə bilərik ki, gender stereotipli oyuncaqlar uşaqların gələcək imkanlarına mane ola bilər. Bütün bunları nəzərə alaraq uşaqlara oyuncaq seçərkən diqqətli olmaq lazımdır.