Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-23 00:45:59
Azərbaycanda Ramazan ayı başladı

Azərbaycanda Ramazan ayı başlayıb.

 

Azedu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Ramazan ayının birinci günü miladi təqvimlə 2023-cü il martın 23-nə düşüb. 


Orucluq təqvimə əsasən, Əhya gecələri 9 aprel (Ramazanın 18-ci günü), 11 aprel (Ramazanın 20-ci günü), 13 aprel (Ramazanın 22-ci günü) və 17 aprelə (Ramazanın 26-cı günü) təsadüf edəcək.


Şəvval ayının 1-i (aprelin 21-i) Ramazan (Fitr) bayramıdır.


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.