Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-22 19:34:34
Tanınmış sənətçilər qəzaya düşdülər - Oqtay Əliyev öldü, Dilarə Əliyeva yaralandı  

Azərbaycanın tanınmış sənət adamları ağır yol qəzasına düşüblər.

AzEdu.az xəbər verir ki, hadisə bu gün Abşeron rayonu ərazisində - Saray yolunda baş verib.

Hadisə zamanı tanınmış prodüser, “SOY” prodakşının rəhbəri, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Maşında onun həyat yoldaşı - Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub.

Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişib.

Mehriban Zəki və Dilarə Əliyeva xəsarət alıblar. 

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

 

TƏBİB-dən bildirilib ki, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilib.