Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-22 13:01:00
Sabah hava necə olacaq? - PROQNOZ

 

Azərbaycanda martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu gecə 7-10°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.