Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-20 16:55:36
Türkiyədəki zəlzələdə ölü sayı 50 mini keçdi

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50 mini keçib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezər məlumat verib.

 

Onun sözlərinə görə, episentri Kahramanmaraşda olan zəlzələlərdə ölənlərin sayı 50 096 nəfərə çatıb, 107204 nəfər xəsarət alıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.