Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 13:45:00
Qiyabi təhsillə bağlı nəyi bilmirik? – Qiyabiçilər ən çox nədən əziyyət çəkirlər?

“Nəyi bilmirik?” rubrikasının növbəti mövzusu qiyabi təhsil formasıdır. İlk olaraq bildirək ki, dünya təhsil sistemində qiyabi təhsilalanlarınqısa müddətdəyüklənməsini, işləyənləri nəzərə alaraq distanttəhsil mövcuddur. Azərbaycanda isə distant təhsil haqqında qanun hələ ki, yoxdur.

Azərbaycan ali təhsil müəssisələrində təhsilalma formaları əyani və qiyabi olmaqla iki cür müəyyən edilir. Əyani təhsil alan tələbələrin sayı çox olsa da, qiyabi təhsili seçənlər heç də azlıq təşkil etmir.

Bəs qiyabi təhsil nədir?

Qiyabi təhsilə üstünlük verənlər isə əsasən, ya ikinci təhsil alanlar, ya da oxuyaraq işləyənlər olur.

Qeyd:Azərbaycan Əmək Məcəlləsinə əsasən, əyani təhsil alanlara iş izni verilmir.

Qiyabi təhsili seçənlər bu formada təhsilin daha asan olduğunu düşünməsinlər. Çünki əyani təhsil alan tələbələr üçün bir sessiyada keçirilən dərslər qiyabilərə 1 ayda tədris olunur.

Qiyabi təhsili necə seçməli?

Azərbaycan universitetlərində qiyabi təhsil almaq üçün  qəbul imtahanlarında müəyyən balı topladıqdan sonra, ixtisas seçimi zamanı qiyabi təhsil formasını qeyd edirsiniz.

“Abituriyent” jurnalında həmin ixtisas kodunun qarşısında təhsilin əyani və ya qiyabi formada olub-olmaması“Ə” və “Q” hərfləri ilə göstərilir.Həmçinin, yerlərin sayı da qeyd olunur.

İmtahanlar haqqında

Qiyabi təhsildə tədris müddəti  hər semestr üçün 1 aydır. Tələbələr qış və yaz sessiyası olaraq ildə iki dəfə imtahan verirlər.

Qeyd:qiyabi təhsil alanların sessiya imtahanları əyanilərlə birlikdə olmur.

Qiyabi təhsil formasını seçən tələbələr üçün oktyabr, noyabr, bəzi universitetlərdə isə ən geci dekabrda qış sessiya imtahanları keçirilir. İkinci semestr imtahanları isə  apreldə  başlaya bilər. İmtahanlar adətən test formatında həyata keçirilir.

Praktika

Qiyabi təhsildə praktikalar III və IV  kursda baş tutur. Praktika müddəti isə adətən 1 ay olur.