Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-20 09:02:45
Laçın yolunda 99 gün - aksiya dayanmayıb...

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 99 gündür davam edir.

AzEdu.az xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar bu gün də səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Dünəndən bu gün səhərə qədər fasilələrlə yağış yağıb. Şuşada hazırda dumanlı, çiskinli hava şəraiti müşahidə olunur. Amma bu, ekoaksiya iştirakçılarına mane olmur. Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Xatırladaq ki, Laçın-Xankəndi yolundakı aksiya ötən dekabrın 12-dən başlayıb.