Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 11:19:00
İmtahanlara qumbara keçirmək istəyənlər belə olub - Məleykə Abbaszadə

"Bizə əsas vacib odur ki, imtahanda təhlükəsizlik təmin olunsun”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib:

 

“Ötən illərdə imtahan zalına hansısa alətlər, bıçaq, qumbara və s. keçirmək istəyənlər olub. Biz bu statistikanı və kriminal xronikanı şişirdib ictimayətə təqdim etməmişik. Hüquq-mühafizə orqanları imtahan prosesini müşahidə edir. Belə hallar aşkarlananda həmin şəxslər o qurumlara təhvil verilir. Və bu məsələlər araşdırılır".