Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 09:07:00
Müəllimlərin maaşı müharibədən sonra arta bilər

Müəllimlərin maaşının artırılması Ukraynada müharibə bitdikdən sonra təhsil sahəsində ən zəruri vəzifələrdən biri hesab olunacaq.

AzEdi.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Təhsil, Elm və İnnovasiya məsələləri üzrə Komitəsinin rəhbəri Sergey Babak “İnterfaks-Ukrayna” ya müsahibəsində bildirib. Onun sözlərinə görə, bu gün müəllimlərin məvaciblərinin artırılması büdcədəki bütün vəsaitin Ukrayna Silahlı Qüvvələrinə ayrılması səbəbindən mümkün deyil. Məlum olduğu kimi burada sosial ödəmələr beynəlxalq donorlar tərəfindən  artıq on milyardları keçmiş  yardımlar şəklində  maliyyələşdirilir.

“Müəllimlərin maaşının artırılmasına gəlincə, bunu hamıdan artıq mən istərdim. Prezident də istəyir ki, müəllimlərimiz ən yüksək səviyyədə təmin olunsunlar. COVİD-19 – un ilk ilində müəllimlərin məvaciblərini artırmaq istəyirdik. Amma məlum oldu ki, tibb işçilərinin xaricə getməsinin qarşısını almaq üçün biz onları irəli salmalıyıq. Çünki həkimlərimizə Şərqi Avropada çox cəlbedici məvacib təklif edirdilər. Beləliklə, biz tibb işçilərinin məvacibini artırmaq məcburiyyətində qaldıq və növbəti il müəllimlərin maaşlarını eyni səviyyədə qaldırmağı düşünürdük. Amma çox təəssüf ki, geniş həcmli müharibənin başlanması bütün planlarımızı alt-üst etdi. Müharibədən sonra görəcəyimiz ilk iş müəllimlərin maaşlarının artırılması olacaq”,- deyə komitə sədri bildirib.