Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 11:28:00
Məktəblərdəki Uşaq birliyi rəhbərlərinin maaşı artacaq? - Rəsmi CAVAB

Bir müddət öncə - fevralın əvvəlindən ümumtəhsil məktəblərində direktorlar, direktor müavinləri, müəllimlər, çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqqı artırıldı.
Saytımıza ünvanlanan suallar arasında diaqnostikadan keçmiş Uşaq birliyi təşkilatı rəhbərlərinin əməkhaqlarının artırılmasının nəzərdə tutulub-tutulmaması da var. Biz də suala aydınlıq gətirilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət etdik.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirildi ki, orta məktəblərdəki Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə əməkhaqqı artımı 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib və maksimum məbləğ 497 manat təyin olunub:

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20.12.2017-ci il tarixli 18-1 qərarı ilə təsdiq olunmuş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən, Uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə əmək stajından və təhsildən asılı olaraq ödəniş dərəcələri diapazonu Vahid Tarif Cədvəlinin 7-10-cu dərəcələri  arasında müəyyənləşdirilmişdir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2023-cü il tarixli  12 nömrəli qərarına əsasən, 2023-cü il yanvarın 1-dən Vahid Tarif Cədvəli ilə müəyyənləşdirilən vəzifə maaşları artırılaraq dərəcələr üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir:

7-ci dərəcə üzrə 441 manat;
8-ci dərəcə üzrə 458 manat;
9-cu dərəcə üzrə 478 manat;
10-cu dərəcə üzrə 497 manat”.