Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 09:01:55
İntellektual informasiya texnologiyaları və jurnalistika problemləri mövzusunda elmi seminar keçirilib  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda intellektual informasiya texnologiyaları və jurnalistika problemlərinə həsr olunmuş seminar keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, institutun baş mütəxəssisi Sünbül Zalova “Süni intellekt texnologiyalarına əsaslanan jurnalistika: müasir vəziyyət, trendlər və perspektivlər” mövzusunda məruzəsini təqdim edib. O bildirib ki, süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan elmi istiqamətdir.

Dron jurnalistikasından söz açan S.Zalova bildirib ki, bu uçuş aparatları sərhəddən gələn təhlükə, oğurluq və digər hadisələr haqqında məlumatları operativ “əldə edə” bilir. S.Zalova, həmçinin dron texnologiyaları və sosial media imkanları, bu texnologiyalardan istifadə qaydaları, dron jurnalistikasının perspektivləri, eləcə də aparılan tədqiqatlar, keçirilən konfranslar haqqında ətraflı məlumat verib.

Akademik Rasim Əliquliyev mövzu ilə bağlı tövsiyələrini səsləndirib. Alim süni intellektin daha dərindən araşdırılmasını, eləcə də “data science” jurnalistika, informasiya müharibəsi texnologiyaları, konfliktologiya sahələri üzrə tədqiqatların aparılmasını tövsiyə edib.