Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 12:27:16
UNEC-in dünya reytinqlərində yeri - Deputat universiteti TƏBRİK ETDİ

İndi universitetlər üç növə bölünə bilər: yaradılması planlaşdırılan tədqiqat universitetləri, tədqiqat və tədris universitetləri və az sayda tədris universitetləri. Hər bir universitet öz güclü tərəflərinin, məqsədlərinin və hədəflərinin təhlili əsasında strateji elmi-tədqiqat və tədris planlarını hazırlamalıdır.

 

AzEdu.az xəbər verir ki, deputat Etibar Əliyev ali təhsil müəssisələrimizin dünyandakı aparıcı universitetlərinin siyahısında yer almasının vacibliyindən danışıb, bunun üçün önəmli olan məqamları vurğulayıb.

O, məsələni daha açıq şəkildə izah etmək üçün Azərbaycanın aparıcı universitetlərdən biri olan Azərbaycan İqtisadiyyat Universitetinin (UNEC) təhsil sahəsindəki yerinə, dünya universitetləri arasındakı önəminə diqqət çəkib. Deputat universiteti bu uğurları üçün təbrik etməyi də unutmayıb.
 

"UNEC Tədqiqat Universiteti statusunu artıq qazanıb, həm də tədqiqat və tədris universiteti kimi fəaliyyət göstərir. Sürətli inkişaf edən Universitet modelindən öyrəniləsi çox şeylər var. UNEC-də fəaliyyət göstərən Mərkəzlər və Məktəblər əsl örnəkdir. Nobel mükafatı laureatlarının auditoriyası təşkil olunub. UNEC kitabxansı reytinqlərə düşən kitabxanadır. Bu ali məktəbin yeni korpusu isə Qərbin ən yaxşı universitetlərinin korpusları (həm də kampusları) səviyyəsindədir.

2023-ci ildə SCİmago reytinqində yer alan UNEC bu il ölkəmizdə artıq birincidir. Eləcə də, UNEC dünyanın 8433 universiteti arasında "İqtisadiytat, ekonometrika və maliyyə" sahəsi üzrə 691-ci, "Biznes, menecment və mühasibat" sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC "İqtisadiytat, ekonometrika və maliyyə" sahəsi üzrə 33-cü, "Biznes, menecment və mühasibat" sahəsi üzrə 69-cü yerə yüksəldi.

 

Düşünürəm ki, UNEC-in və ADA Universitetinin uğurları həm də ölkəmizin nüfuzuna müsbət təsir göstərir. Uzağa getməyək, qazaxlar Nazarbayev Universiteti ilə fəxr edirlər.

 

Sürətli inkişaf edən Universitetləri öyrənən tədqiqatçılar qrupu yaranıb. Onlar son tədqiqatlarında Dünyanın 8 universitetini öyrəniblər. Məncə onları bizim universitetləri də öyrənməyə cəlb etmək olar. Universitet islahatçıları akademik və tədqiqat təkminliyinə can atırlar və buna nail olurlar. Əlbəttə ki, müdrik idarəçilik və innovativ ideyalar qısa zaman kəsiyində əla nəticələrin əldə olunmasına gətirib çıxarır.

 

UNEC ailəsini bu möhtəşəm uğura görə təbrik edirəm".