
2018-03-16 06:49:19
V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə
Cari tədris ilinin əvvəlindən Təhsil Nazirliyi proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb.
Hazırda Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə 6500-ə yaxın V sinif şagirdi informatika fənnini yeni formatda öyrənir. Bu fənn üzrə dərsləri tədris edən 190 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) xüsusi hazırlanmış peşəartırma təlimində iştirak ediblər.
Təhsil Sisteminin Informasiyalaşdırma İdarəsinin rəhbəri Vüsal Xanlarov AzEDU.az-a açıqlamasında pilot layihənin 45 məktəbdə 190 müəllimi əhatə etdiyini bildirib:
“Bu məktəblərdə 6000-dən çox şagird təhsil alır. Tədris prosesinin nəticəsində şagirdlərin göstəriciləri təhlil olunacaq və nəticələrə əsasən, layihənin necə davam edəcəyinə qərar veriləcək. Hazırda bu proses, 45 məktəbin 5-ci sinifləri üzrə aparılır. Layihə Bakı məktəblərində tətbiq olunur və nəticələr qiymətləndirildikdən sonra bölgələrdə tətbiqinə başlanıla bilər. Təhsil Nazirliyi olaraq bütün fənnlərin tədrisində göstəriciləri və istifadə olunan tədris metodlarını təkmilləşdirməyə çalışırıq. İnformatika fənni də həmişə diqqət mərkəzində saxlanılır. Bu fənn şagirdlərdə bacarıq və vərdişlərdən əlavə, alqoritmik düşüncə tərzini inkişaf etdirir. Alqoritmik düşüncə tərzi 21-ci əsr bacarıqlarının əsasını təşkil edir. Bu sistem sayəsində şagirdlər gələcək həyatlarını və karyeralarını qurmaq üçün düzgün düşüncə tərzi əldə edəcəklər.
Məlumdur ki, Təhsil Nazirliyi İnformatika fənninin yeni formada tədrisi üzrə pilot layihəyə başlayıb. Layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Bu layihə çərçivəsində məktəblərdə İnformatika fənninə marağın və bu fəndən dərs deyən müəllimlərin sayı artıb”.
Vüsal Xanlarovun sözlərinə görə, İnformatika fənninin mənimsənilməsi kompüter elmləri sahəsində kodlaşdırma, kibertəhlükəsizlik, şəbəkə inzibatçılığı və bir çox istiqamətdə ixtisaslaşmaq imkanı yaradır:
“5-ci sinifdə tədris planı kodlaşdırmanın öyrədilməsinə yönəlib. Bunu da başa düşmək üçün şagirdlərdə alqoritmik düşüncə tərzi formalaşdırılmalıdır. Dərslər elə qurulub ki, dərslərdə istifadə olunan hər metod şagirddə düşüncə tərzinin inkişafına xidmət edir. Bu yalnız fənn bacarıqlarını deyil, eyni zamanda məktəblinin daha düzgün qərar vermə qabliyyətini də artırmış olur”.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
Məktəblilər arasında yarış keçiriləcək
2023-11-23 10:57:35
Məktəblilərin ölüm səbəbinin TƏFƏRRÜATLARI...
2023-11-21 10:29:40
Şuşa məktəbindən FOTOLAR
2023-11-07 17:23:48
Dönərdən zəhərlənən şagirdlərin ADLARI
2023-10-25 09:40:16
Bakıda 6 yaşlı uşağı maşın vurub
2023-10-24 09:52:00
Riyaziyyat fənnindən beynəlxalq olimpiada keçiriləcək
2023-10-19 16:38:42
Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadası təşkil olunacaq
2023-10-18 14:00:19
“Bir məktəb-bir klub” layihəsinə start verilir
2023-10-17 11:27:54
Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir
2023-10-16 16:52:39
Məktəb direktorları təlimlərə cəlb olunublar
2023-10-11 15:10:07
kitabı
ÇOX OXUNANLAR
28 Noyabr 2023, 11:00
Sertifikasiyada iştirak edəcək növbəti fənn müəllimləri – TARİX AÇIQLANDI
_642.jpg)
23 Noyabr 2023, 12:01
Saxta sənədlərdən istifadə edən müəllimlərin hamısı işdən azad ediləcək
_314.jpg)
29 Noyabr 2023, 16:03
İki fənn tədris edən müəllimlərin sertifikasiyası necə olacaq? -RƏSMİ CAVAB

30 Noyabr 2023, 16:42
Növbəti sertifikasiyaya hansı fənn müəllimlərinin cəlb olunacağı AÇIQLANDI

26 Noyabr 2023, 18:16
89 nömrəli tam orta məktəbdə baş verənlərlə bağlı RƏSMİ AÇIQLAMA

24 Noyabr 2023, 13:05
Təhsil İdarəsinə yeni müdir təyin edildi

22 Noyabr 2023, 13:09
Sertifikasiyadan keçmiş müəllimlərə elektron sertifikat veriləcək

28 Noyabr 2023, 10:55
Şagirdi döydüyü iddia edilən idarə müdiri işdən çıxdı

FACEBOOK