Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 14:50:00
Bütün tələbələr diplom işi müdafiə edəcək - ADNSU

Ali təhsil müəssisələrində dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. Bu qanuna əsasən, 2024-cü ildə ali məktəbi  bitirənlər dövlət imtahanı verməyəcəklər.

 

Bəs buraxılış işi müdafiəsi (diplom işi) hələ də qüvvədədir? Kimlər buraxılış işi müdafiəsində iştirak edəcək?

 

Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov sözügedən mövzu ilə bağlı AzEdu.az-ın sorğusunu cavablandırıb.

 

“Biz Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisəsiyik. Əgər tələbələrin ümumi orta göstərici əsasında məzun olunmaları ilə bağlı hər hansı bir qərar, əmr yoxdursa, bu versiya üzərində dayanmaq yersizdir. Buraxılış işinin müdafiəsi hələ də qüvvədədir. Bütün tələbələr buraxılış işi müdafiə edəcək”.