Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 14:25:00
Azərbaycandakı iki məktəbdə fars dili TƏDRİS OLUNUR

İran İslam Respublikasının Azərbaycana münasibəti bəllidir. Qonşu ölkədəki molla rejimi Azərbaycanın müstəqil siyasət aparmasından qıcıqlanır, hər fürsətdə dövlətimizə təxribat törətməyə çalışır. İran hökuməti ölkədə 35 milyondan çox Azərbaycan türkünün yaşamasına baxmayaraq, onlara doğma dildə təhsil hüququ tanımır. İranda Azərbaycan dilinin tədris olunduğu məktəblər də yoxdur.

İrandan fərqli olaraq Azərbaycan Respublikasında fars dili xarici dil kimi tədris olunur. Nəinki ali məktəbdə, hətta orta təhsil müəssisəsində.
 

Elm və Təhsil Nazirliyindən mövzu ilə əlaqdar AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda xarici dil kimi fars dili tədris olunan məktəblər var: 

 

“Azərbaycanda xarici dili fars dili olan məktəblərin sayı 2-dir. Farsdilli orta məktəb isə mövcud deyil”.

Fars dilinin xarici dil kimi tədris olunduğu məktəblər aşağıdakılardı:

1. Sabirabad rayonundakı Qaralar kənd tam orta məktəbi
2. Xəzər rayonundakı S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya