Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 13:16:00
Dövlət imtahanının ləğvi sürpriz olub - Tələbələrin REAKSİYASI

Ali təhsil müəssislərində dövlət imtahanı ləğv olunub.

 

Dövlət imtahanının ləğvi ilə bağlı qərar 2020-ci ildə təsdiqlənib. Buna uyğun olaraq hazırda l və ll kursda təhsil alanlar, eləcə də bundan sonra ali məktəbə daxil olacaq tələbələr dövlət imtahanı verməyəcək.

 

Verilən bu qərar barədə AzEdu.az tələbələr arasında sorğu keçirib.

 

Onlar dövlət imtahanının ləğv olunmasını necə qarşılayıblar?

 

Bakı Dövlət Universitetinin (BDU) l kurs tələbəsi Abbaslı Rəşadət:

“Verilən qərarla tanış olduq. Düşünürəm ki, dövlət imtahanının ləğv olunması daha asan diplom almağımıza kömək edəcək”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) lV kurs tələbəsi Teymur Babayev vurğulayıb ki, bu qərarın tədbiq olunması çox yaxşı haldır:

 

“Çox istərdim ki, həmin qərar bizə, yəni lll- lV kurs tələbələrinə də şamil olunsun. lV kurslar kurrikulumun ilk tələbələridir. Bizim “Köhnə standartla təhsil alanlar” adlandırılmağımız üzücüdür”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ll kurs tələbəsi Nərminə Əliyeva bildirib ki, bu qərarı çox bəyənib, çünki tələbələr oxuduğu müddətdə keçdiyi fənlər üzrə imtahan verirlər, buna görə də, yenidən imtahanın verilməsi vaxt itkisidir:

“Hətta istərdim ki, qərar lll və lV kursların tələbələrinə də şamil edilsin və ədalətsizlik olmasın. Çünki onlar l və ll  kursda oxuyarkən pandemiya dövrü ilə əlaqədar dərsləri hibrid formada keçiblər. Bu səbəbdən də düşünürəm ki, dövlət imtahanının ləğvi bütün tələbələrə şamil edilməlidir".

 

Bakı Slavyan Universitetinin (BSU) ll kurs tələbəsi Nahid Ağayev:


“Bu xəbəri görən kimi reaksiyam çox müsbət oldu. Hətta bu mənim üçün gözlənilməz idi. İstəyərdim ki, lll və lV kursda təhsil alan tələbələr üçün də bu qərar keçərli olsun. Çünki onlar da kurikulum sistemi ilə təhsil alan ilk tələbələr hesab olunur. Bütün tələbələr bu qərardan yararlanmalı idi”.


Azərbaycan Tibb Universitetinin (ATU) l kurs tələbəsi Jalə Məmmədli də sözgüdən qərarı yaxşı qarşılayıb:

“Bildiyim qədər, biz Vl kursda təcrübəçi kimi xəstəxanada fəaliyyət göstərəcəyik və diplomun müdafiəsi üçün imtahanı - yəni dövlət imtahanını verməyəcəyik. Sadəcə olaraq ortalama balımız əsas götürüləcək və praktikadakı biliklərimizə əsasən bal veriləcək. Bu sistem digər ölkələrdə də var idi. Qərarın bizdə də tədbiq olunması çox müsbət haldır”.