Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 17:00:00
Bu yuxu rejiminə  əməl etməyən məktəbliləri uğursuzluq gözləyir – Ekspertdən qızıl tövsiyə

Əcnəbi mütəxəssislər məktəbə yeni başlayan şagirdlərin yuxu rejimi ilə bağlı valideynlərə müraciət ediblər. Müraciətdə şagirdlərin yaş dövrlərinə uyğun olaraq nə qədər və hansı saatlarda yatmalı olduqları barədə məlumat verilib.

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, Türkiyə Yuxu Təbabəti və Araşdırmalar Dərnəyinin rəhbəridir.  Vural Fidan dərs ilinə yeni başlayan şagirdlərin yuxu saatları ilə bağlı valideynlərə çağırış edib. Onun sözlərinə görə, gec yatıb tez yuxudan durmaq məktəbliləri uğursuzluğa aparır.

O, uşaqların tətil müddətində fərqli rejimlərdə olduqlarına görə stabil yuxuya uyğunlaşmaqda çətinlik çəkdiklərini deyib:

“Bu, uşaqların uğursuzluğuna səbəb ola bilər. Öyrənmə bacarığı azalan uşaqlarda isə psixoloji problem və asılılıqlar yarana bilər. Bu səbəbdən düzgün inkişaf üçün böyümə hormonunun artdığı axşam saatılarında yuxu  mütləqdir”.

Şagirdlərin yuxu ehtiyacı isə yaşdan asılı olaraq dəyişir. Onun sözlərinə görə 3-5 yaşlı uşaqların yuxu ehtiyacı 11-12, ibtidai sinif şagirdlərində 11-12,  V, VI, VII, VIII siniflərdə 9-10, X, XI siniflərdə isə 8-9 saatdır. Tələbələr üçün isə 7-8 saat yuxu yatmaq normal yaşam üçün kifayətdir.

Mütəxəssisin fikrincə, yuxunun müddətindən əlavə, onun hansı saatlarda olması da önəmlidir. Məktəbəqədər yaşda olan uşaqların 9, ibtidai siniflərin 10, digər şagirdlərin isə saat 11-də yatması, səhər saat 7-də oyanması daha uyğundur:

“Şagirdlərin mobil oyuna olan həvəsləri, sosial mediadan istifadə etmələri, texnologiya yuxusuzluqlarının bir nömrəli səbəbidir. Yuxusuzluqdan əziyyət çəkən şagirdlər isə yatmazdan öncə duş qəbul edə, kitab oxuya bilərlər. Yaşlarına uyğun olmayan televiziya proqramları, qorxu kitabları,kompüter oyunları da şagirdlərin yuxu rejiminə mənfi təsir göstərir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları