Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 16:21:00
Abituriyentlərin ən böyük problemi - DİQQƏT ƏSKİKLİYİ

Hazırda hər 10 insandan 9-u gündəlik yaşayışda tez-tez simptomlarına rast gəlinən diqqıt çatışmazlığı və Hiperaktivlik pozğunluğu problemini yaşayır.

Diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (DEHB) erkən uşaqlıqdan başlayaraq yetkinliyə qədər davam edən diqqətsizlik, hiperaktivlik və dürtüsellik simptomları ilə xarakterizə olunan neyroinkişaf pozğunluğudur. Məxsusi xüsusiyyətləri ilə həyatımızda, işlərimizdə, hətta təhsilimizdə müəyyən çətinliklərə səbəb olur.

 

Bundan ən çox şikayətçi olanlar abituriyentlərdir. Valideynlər və müəllimlər tərəfindən müşahidə olunan diqqət əskikliyi problemi şagirdlərin ən vacib dönəmində onlara olduqca mənfi təsir göstərir.

 

Onlar dərslərə, test tapşırılarına fokuslanmaqda problem yaşayırlar. Hər hansı test tapşırığının hesablanmasında cavab doğru olsa belə, diqqət əskikliyi ucbatından yanlış variant seçilir. Ümumiyyətlə, ətrafdakı ən kiçik səs belə gənclərin diqqətini toplamağına mane olur.

 

 

Bəs diqqət əskikliyi problemi hansı davranışlarda müşahidə olunur?

 

 

Diqqətsizlik əlamətləri olan insanlar:

 

Detallar gözdən qaçırılır. Məktəbdə, işdə və ya digər fəaliyyətlər zamanı diqqətsizlikdən səhvlərə yol verilir.

 

Söhbətlər, mühazirələr, uzun oxunuşlar və oyun fəaliyyətləri də daxil olmaqla diqqəti saxlamaqda çətinlik çəkilir.

 

- Çox vaxt qarşısındakını dinləmədiyi görünür.

 

- Təlimatlara əməl etməkdə və tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Diqqətini tez itirir.

 

- Materialları və əşyaları çeşidləmək və nizamlı saxlamaq çətin olur. Tapşırıqları vaxtında təqdim etmək, vaxtın düzgün idarə olunmaması səbəbindən çətin bir iş kimi görünür.

 

Davamlı zehni səy tələb edən fəaliyyətlərə qarşı nifrət yaranır.

 

– Çox vaxt hardasa əşyalarını unudur və ya itirir.

 

- Zehin qarışıq olduğundan maraqsız düşüncələr, xəbərdarlıq edən insanlara qarşı narahatlıq və unutqanlıq yaşayır.

 

Problemi aradan qaldırmaq üçün nə edə bilərik?

 

Diqqətin yayınmasının müalicəsində mütəmadi olaraq bəzi məşqlər edilməlidir. Sağlam bir pəhriz və "omeqa 3" maddəsi iləzəngin qidalar tez-tez istehlak edilməlidir. Psixoloqun dəstəyi ilə fərdin diqqətini cəmləməkdə çətinlik çəkdiyi məsələləri müəyyənləşdirmək və səbəblərini həll etməyə çalışmaq lazımdır. Yuxu rejiminə diqqət yetirilməli və mütəmadi olaraq məşq edilməlidir. Beləliklə, diqqət dağınıqlığının müalicəsi müsbət nəticələnə bilər. 

 

Diqqət çatışmazlığı üçün qidalar

 

"Omeqa 3" yağ turşuları olan qidalar; Balıqda yüksək olan "omeqa 3" yağ turşuları beyin və sinir sistemi üçün vacibdr. "Omega 3" yağ turşuları beynin tam işləməsini təmin edir. "Omeqa 3"lə zəngin qidalara qoz, kətan toxumu da əlavə edə bilər. Bundan əlavə, sink beyində neyrotransmitterlərin istehsalını artırır. Sinklə zəngin olan digər qidalar; küncüt, tahini, fıstıq və balqabaq toxumu.

 

Tərəvəz və meyvələr; Tərkibindəki çoxlu vitaminlər sayəsində xroniki yorğunluq və diqqət əskikliyində də müalicəvi tərkibə malikdir. Xüsusilə inkişaf çağında olan uşaqların qidalanmasında mühüm yer tutur. Uşaqlara hazır yemək vermək əvəzinə meyvə-tərəvəzlə hazırlanacaq qəlyanaltılar gələcəkdə diqqət çatışmazlığı problemini aradan qaldıracaq.

 

Hazırlanmış qidalarda olan bir çox maddələr də diqqət çatışmazlığına səbəb olan qidalardır. Pəhrizdə yer almaması lazım olan hazır qidalar əvəzinə evdə təzə qidalarla hazırlamaq həm böyüyən uşaqlarda, həm də böyüklərdə baş verə biləcək bir çox xəstəliklərin qarşısını ala bilər.

 

 

Ailələrə tövsiyələr

 

Uşağınızla ünsiyyətdə aydın, dəqiq və qətiyyətli olun. Müsbət və ya mənfi rəy verməklə uşağınızın davranışını idarə etməsinə kömək edin. Uşağınızla qaydalar təyin edin və bu qaydalara ciddi əməl edin. Özünə nəzarəti gücləndirən yoxlama siyahılarını və strukturlaşdırılmış gündəlik iş rejimini özündə əks etdirən planlar hazırlayın.