Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 15:22:00
Yəməndə 10-larla tələbə öldürüldü

Vətəndaş müharibəsi ilə üz-üzə qalan Yəməndə onlarla tələbənin ölümü ilə nəticələnmiş hücum zamanı ABŞ istehsalı olan bombalardan istifadə edilib.

AzEdu.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, adıçəkilən hücum ABŞ istehsalı bombalar vasitəsilə həyata keçirilib.

Məlumata görə, Yəmənin mərkəzi insan haqları qrupu kimi tanınan "Muvata" təşkilatının telekanalla bölüşdüyü sənədlərdə bu cür qeyd edilib.

ABŞ istehsalı bombaların vətəndaş müharibəsinin başladığı 2015-ci ildən bu yana atıldığı ortaya çıxıb. Foto və faktların yer aldığı xəbərdə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya və İranın dəstək verdiyi Husilər arasındakı müharibədə Birləşmiş Ştatlar istehsalı olan raket və silahların istifadə edildiyi açıq şəkildə göstərilib.