Ali təhsil müəssisələrində dövlət imtahanının ləğv edilib.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. Bu qanuna əsasən, 2023-2024-cü ilində ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər.
"Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb.