Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 15:39:00
“Deyilənlər yanlışdır, bizdə bu xidmət tamamilə ödənişsizdir” - Bakı Mühəndislik Universitetindən ETİRAZ

“Bakı Mühəndislik Universitetinə bu il qəbul olunan tələbələr üçün “foundation” tamamilə ödənişsizdir”

Bunu AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rzayev deyib. Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bu, bir şaiyədir. Bakı Mühəndislik Universitetinə bu il qəbul olunan tələbələr “foundation”da tamamilə ödənişsiz əsaslarla təhsil alacaqlar. Sadəcə olaraq, gələn ildən etibarən bu qruplarda təhsilin ödənişli olub-olmaması müzakirə edilir. 

Rəcəb Rzayev I kurs tələbələrinin günorta növbəsində təhsil almaları barədə də məlumat verib:

“Bu il bəzi ixtisaslarda tələbə sıxlığı qeydə alınıb. Buna görə də universitetdə həmin ixtisasların dərsləri günorta növbəsinə keçirilib. Yanvarda etibarən növbə sistemi də öz qaydasına düşəcək”.

 Xatırladaq ki, mediada Bakı Mühəndislik Universitetinə yeni qəbul olan tələbələr üçün “foundation” hazırlıq qruplarının ödənişli əsaslarla olması xəbərləri yayılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları