Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 14:06:25
Yataqxana axtaran tələbələrin nəzərinə - Bunlara mütləq diqqət edin, əks halda...

Yeni tədris ili başladığından tələbələrin bəziləri kirayə evlər tutsalar da, universitet yataqxanalarında qalanları da olur. Yataqxana seçimi zamanı isə müəyyən nüanslara fikir vermək lazımdır.

AzEdu.az yataqxana seçənlər üçün vacib məsləhətləri diqqətinizə çatdırır:

Yerləşdiyi yer

Yataqxana seçiminin ən əsası onun yerləşdiyi yerdir. Yerləşdiyi ərazinin ən yaxşı şəkildə müəyyən edilməsi lazımdır, çünki getdiyiniz hər yerdən yataqxanaya qayıdacaqsınız. Əvvəlcə universitetə yaxın olması və ya asan girişinin olması mütləqdir.

Yataqxananın rəsmi qeydiyyatda olub-olmaması

Qeydiyyatdan keçməyə tələsə bilərsiniz, lakin qeydiyyatdan keçməzdən əvvəl yataqxananın rəsmi işləmə hüququnun  olub-olmamasına fikir verin. Əks halda, orada qaldığınız müddətdə yataqxananın qarşılaşdığı hüquqi proseduralar sizə problemlər yarada bilər.

Otağı nəzərdən keçirmədən qeydiyyatdan keçməyin

Yataqxana seçimində ən vacib məqamlardan biri qalacağınız otaqdır. Çünki il ərzində ən çox vaxtkeçirəcəyiniz yerdir. Qalacağınız otağın təmizliyi, havalandırılmasına diqqət edin.

Yeməklərə və təmizliyə diqqət edin

Gigiyena bir çox insanın birlikdə qaldığı yerlərdə çox əhəmiyyət daşıyır. Tələbələrin birlikdə qaldığı yataqxanalarda müəyyən gigiyena standartları təmin edilməlidir. Bunu yalnız təmizlik baxımından deyil, həm də ərzaq baxımından qiymətləndirmək lazımdır. Yeməklərin sağlam və dadlı olması vacibdir.

Qeydiyyat prosesi və yerləşmə

Qeydiyyat proseduraları və yerləşmə üçün universitetlərin açılmasını gözləməyin.  Universitet qeydlərindən dərhal sonra sıxlıq yaşana bilər. Tələbələrin yataqxanalara  istədikləri yeri seçmək üçün  əvvəldən müraciət etmələri məsləhətdir.