Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-19 12:42:00
Qəbul imtahanlarındakı  yeni qaydalar Biologiya fənninə necə təsir edəcək? –“Narahat olmasınlar”

2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. Yeni qəbul modeli məlum olsa da, bir sıra detallar, o cümlədən qəbul proqramına daxil ediləcək dərslərin proqramı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmayıb.

AzEdu.az  abituriyentlərin narahatlığını nəzərə alaraq, qəbul imtahanına daxil olan fənlər üzrə müəllimlərin proqnozlarını təqdim etməkdə davam edir. Budəfəki yazıda Biologiya fənni üzə repetitorların fikirlərinə yer verilib.

62 nömrəli məktəb-liseyin Biologiya müəllimi Aytac Səfərova situasiya tipli suallarda şagirdlərin çətinlik çəkəcəyini düşünür:

“Fikrimcə, 2019-cu ildə kurikulum əsasında keçiriləcək qəbul imtahanlarında Biologiya üzrə çox böyük fərq olmayacaq. Yeni dərsliklərin ənənəvi dərsliklərdən fərqi budur ki, bəzi mövzular yenilərdə daha qısa verilib. Əsas şərt mövzunu yaxşı mənimsəməkdir. Abituriyentlər dərslərini yaxşı öyrənsələr, çətinlikləri də az olacaq”.

Repetiror kimi fəaliyyət göstərən Ulduz Ələsgərovanın sözlərinə görə, yeni dərsliklərlə ənənəvi dərsliklər arasında ciddi fərq yoxdur:

“Əvvəl insanlarda, bitkilərdə, heyvanlarda sistemləri ardıcıl keçirdik. Hər başlanğıc dərsdə sistemin ümumi izahatı verilməlidir. Bu cür olsa, testlərdə çətinlik yaranmayacaq. Abituriyent dərsi yaxşı mənimsəyərsə, müəllimi ona düzgün istiqamət verərsə, testlərdə çətinliyi də olmaz. Yeni dərsliklərlə ənənəvi dərsliklər arasında o qədər böyük fərq yoxdur. Sadəcə, mövzuların ardıcıllığı fərqlənir. Abituriyentlərə dərsi ənənəvi sistemlə keçib mövzunu dərk etdiklərindən əmin olduqdan sonra hər bölməni kurikulum əsasında keçərək ortaq nöqtəyə gəlmək lazımdır”.

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları